RUSİYA ÜÇ UKRAYNALI GENERAL ÜÇÜN AXTARIŞ ELAN EDİB

RUSİYA ÜÇ UKRAYNALI GENERAL ÜÇÜN AXTARIŞ ELAN EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini İqor Kolesnikin axtarışına elan edib.

Tribuna.az-ın xəbərinə görə, departamentin məlumat bazasına Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Aleksandr Lokota və Ukrayna Quru Qoşunları komandanının müavini Andrey Qrişşenko da daxildir.

Onların hamısı Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olsalar da, hansı maddə olduğu qeyd olunmayıb.

Mart ayında Rusiya Federasiyasının İstintaq Komitəsi Kolesnik , Lokota və Qrişenkoya qiyabi ittiham irəli sürüb.