RUSİYA TAXIL SAZİŞİNİ DAYANDIRMAQLA HƏDƏLƏDİ

RUSİYA TAXIL SAZİŞİNİ DAYANDIRMAQLA HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın tələbləri nəzərə alınmaqla mayın 18-dək danışıqlarda iştirak edənlər arasında konsensusa nail olmaq mümkün olmasa, taxıl müqaviləsi öz fəaliyyətini dayandıracaq.

Tribuna.az-ın xəbərinə görə bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

“Birtərəfli maraq doğuran təşəbbüs çətin ki, hamı tərəfindən tanınsın. Biz ilk növbədə Rusiyanın milli maraqlarını qoruyuruq”, – deyə o vurğulayıb.

Verşinin sözlərinə görə, Rusiya kənd təsərrüfatı məhsullarının ixracında maneələrlə üzləşməkdə davam edir və Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasında heç bir irəliləyiş görmür.