Putin sanksiyalardan yayınmaq üçün fərqli ölkələrdən stifadə edir.
“AzPolitika.info”xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri Federal Statistika Komitsinə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən sanksiyalar fonunda Almaniyadan MDB ölkələrinə ixrac olunan bir sıra malların həcmi iki dəfə artıb. Xəbərdə Rusiyanın bir sıra məhsulları bu ölkələr üzərindən əldə etdiyi bildirilir.
Bundan əlavə, kimya məhsullarının Qazaxıstana ixracının 129 faiz, Ermənistana isə 110 faiz artdığı deyilir. Həmçinin, elektrik avadanlıqlarının Ermənistana tədarükü 344% faiz, Özbəkistana isə 105 faiz artdığı bildirilir.
Eyni zamanda, Qazaxıstana metal məmulatlarının ixracında 137 faiz, geyim ixracında isə 88 faizlik artımın olduğu vurğulanır.









