RUSİYA İLK DƏFƏ SUALTI QAYIQLARINI NÜVƏ SİLAHI İLƏ TƏCHİZ ETDİ – FOTO

RUSİYA İLK DƏFƏ SUALTI QAYIQLARINI NÜVƏ SİLAHI İLƏ TƏCHİZ ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Müdafiə Nazirliyi iddia edib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasındakı döyüş gəmiləri 30 ildə ilk dəfə taktiki nüvə silahı ilə təchiz edilib.

Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Nazirlik tərəfindən Norveç hərbi kəşfiyyatının topladığı məlumatlarla hazırlanan “Fokus 2023” adlı illik hesabatda Rusiyanın taktiki nüvə silah tutumunun əhəmiyyətli hissəsinin Şimal Donanmasının döyüş gəmilərində istifadə edildiyi iddia edilib.

Hesabatda nüvə silahlarının Şimal Donanmasında sualtı və suüstü gəmilərə yerləşdirildiyi iddia edilib.

Qərargahı Murmansk vilayətinin Severomorsk şəhərində yerləşən Şimal Donanmasının gəmilərinin son soyuq müharibədə nüvə silahı ilə yerləşdirildiyi də diqqətə çatdırılıb.

Bunlara əlavə olaraq hesabatda Rusiya donanmasının peyk əleyhinə silahlara, kiberhücum proqramına və sualtı infrastrukturları təxribat etmək üçün qurğulara malik olduğu da iddia edilib.

ABŞ-ın oktyabr ayında paylaşdığı məlumata görə, Rusiya ordusunda 2000-ə yaxın taktiki nüvə başlığı var.

Digər tərəfdən Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də verdiyi hərbi əməliyyat əmri ilə başlayan qarşıdurmalarla nüvə müharibəsi narahatlıqları yenidən gündəmə gəlib.

Oktyabr ayında Putin həmçinin ilin sonuna qədər Devil 2 (Şeytan 2) adlı hipersəs nüvə raketinin sınaqdan keçirilməsini əmr etmişdi.

Qərb hərbi mənbələri İngiltərəni 6 dəqiqəyə məhv edə biləcək 208 tonluq raketin 15-25 fevral tarixlərində sınaqdan keçirilə biləcəyini irəli sürmüşdü.