RUSİYA İLK DƏFƏ HİNDİSTANA İKİNCİ ƏN BÖYÜK MAL TƏDARÜKÇÜSÜ OLDU

RUSİYA İLK DƏFƏ HİNDİSTANA İKİNCİ ƏN BÖYÜK MAL TƏDARÜKÇÜSÜ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 2023-cü ilin birinci rübündə Hindistana rekord sayda mal ixrac edərək, ilk dəfə ölkənin ikinci ən böyük tədarükçüsü oldu.

Tribuna.az-ın xəbərinə görə, bu qənaətə Hindistanın Ticarət və Sənaye Nazirliyinin dərc etdiyi məlumatları təhlil edən “RİA Novosti” agentliyi gəlib.

Nazirliyin statistikasına görə, yanvar-mart aylarında Rusiyanın Hindistana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə artıb. Bu, tarixin ən yüksək rüblük göstəricisi olan 15,5 milyard dollar təşkil edib.

Çin bu ölkəyə əsas mal tədarükçüsü idi. Bu arada, Çinin Hindistana birinci rübdə satışları 15,4% azalaraq 22,6 milyard dollar olub. Üçüncü yerdə keçən il 12,1 milyard dollarla müqayisədə 12,7 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.

ABŞ dördüncü yerdə qərarlaşıb. ABŞ-ın Hindistana idxalı illik müqayisədə 8,8% azalıb. Hindistanın bir il əvvələ nisbətən 10,9% az, 10,4 milyard dollar dəyərində mal aldığı ilk beşliyi Səudiyyə Ərəbistanı qapayır.

Eyni zamanda, Hindistandan Rusiyaya ixrac 33% artaraq 946,6 milyon dollara, iki ölkə arasında ticarət dövriyyəsi isə 4,1 dəfə artaraq 16,45 milyard dollara çatıb.