ABŞ-ın Rusiyadakı səfirliyinin saytında ABŞ vətəndaşlarını təcili Rusiyanı tərk etməyə çağıran məlumat paylaşılıb. Məlumatda , Rusiyadakı ABŞ vətəndaşlarını hərbi səfərbərliyə cəlb edilmə riski səbəbindən təcili olaraq ölkəni tərk etmək qeyd olunub.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı siyasi şərhçi Yeganə Hacıyeva paylaşıb. Onun sözlərinə görə, ABŞ səfirliyi vurğulayır ki, əldə etdikləri məlumatlara görə Rusiya hakimiyyəti ABŞ -a münasibətdə ikili vətəndaşlığını tanımaqdan imtina etməyi planlaşdırır:
“Bununla da Rusiya ABŞ vətəndaşlarını konsulluq yardımından məhrum edərək, onları səfərbərliyə məruz qoymaqla Rusiyanı tərk etmələrinə mane olacaq.
Rusiya hakimiyyətindəkilər başını itiriblər, deyəsən”.
Tribuna.az









