Rus əsgərinin Ukrayna PUA-sına yalvardığını əks etdirən görüntülər ortaya çıxıb.
Tribuna.az yazır ki, Teleqram kanalında yayılan görüntülərdən rus əsgərinin çarəsizliyi görünür.
Onu bombalamağa gələn dronu görən rus əsgəri önu öldürməməsi üçün pilotsuz uçuş aparatına yalvarır. Dron uzaqlaşaraq bir müddət sonra yenidən qayıdıb rus əsgərinə kağız verir. Kağızda rus əsgərindən təslim olması tələb edilir.
Rus əsgər təslim tələbi ilə razılaşır və dronu izləyərək ərazidən çıxmağa çalışıb. Rus topçuları atəş açsa da əsgər dronu izləyərək Ukrayna əsgərlərinin olduğu təhlükəsiz yerə keçməyi bacarır.












