Respublika Stadionunun ot örtüyü yenilənir

Respublika Stadionunun ot örtüyü yenilənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. 

Bu barədə  Gənclər və İdman Nazirliyindən bildirilib.

Məlumata görə, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır:

“Meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır. Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah” – “Beşiktaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb. Meydança tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub”.