Rəşad Dağlının oğlu yarışda birinci oldu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif qələbə qazanıb. 

Tribuna.az xəbər verir ki, Yusif Gəncədə keçirilən karate yarışında iştirak edib və birinci yerə layiq görülüb. O, sevincini sosial şəbəkədə paylaşıb.

“Bu qələbəni dayıma həsr edirəm. O, bir müddət əvvəl rəhmətə gedib. Bu gün onun 40 mərasimi idi”.

Qeyd edək ki, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.