“RA MƏSƏLƏSİNDƏ OPERATİV QƏRAR VERMƏLİYİK” –  TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ

“RA MƏSƏLƏSİNDƏ OPERATİV QƏRAR VERMƏLİYİK” – TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Ermənistanla Azərbaycan arasındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə operativ qərar verməlidir”.

Tribuna.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay “Habertürk” telekanalına müsahibəsində deyib.

Fuat Oktay bildirib ki, bu baxımdan indiki prezident üsul-idarəsi ölkədə ən effektivdir və müxalifət liderinin seçkilərdə qələbə qazanacağı təqdirdə həmkarlarına vəd etdiyi vitse-prezidentin vəzifələri, dövlət idarəetmə sistemində maneələr yaradacaq.

Onun sözlərinə görə, indiki sistemdə dövlət başçısı yekun qərarı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.