Dünən iki rayonun İcra Hakimiyyəti yeni tenderlər elan ediblər.
Tribuna.az xəbər verir ki, onlardan biri Qusar Rayon İcra Hakimiyyətidir.
Şimal rayonunun rəhbərliyi Qusar şəhərinin yollarının əsaslı təmirini reallaşdırmaq niyyətindədir. Bunun üçün isə 506 min 644 manat vəsait ayrılması nəzərədə tutulub.
İkincisi isi Hacıqabul Rayon İcra Hakimiyyətidir. Dövlət qurumu Hacıqabul şəhərində abadlıq işlərini həyata keçirmək üçün tender elan edib. Bu məqsədlə 108 min 637 manat vəsaitin ayrılmasını planlaşdırıb.
Fərda Uğur









