Karantin qadağaları geridə qalsa da, quru sərhədlərinin hələ də açılmaması xüsusilə yayda ölkə daxilində istİrahət etmək məcbudiyyəti yaradır. Bu da təbii olaraq istirahət mərkəzlərinin, bağ evi alqı-satqısı və kirayəsini bahalaşdırır.
Tribuna.az yazır ki, bu il bağ evlərinin satış və kirayə qiymətlərində ciddi artım müşahidə edilir. Əsas səbəb kimi manatın dəyər itirməsi və bağ evi sahiblərinin süni formada qiyməti qaldırması göstərilir. Bağ evi sahibləri quru sərhədlərinin bağlı olmasını 3 ildir ki, fürsət bilib dəyərləndirir. Ötən illə müqayisədə hazırda bağ evlərinin kirayə qiymətində təqribən 15-20 % civarında artım var.
Belə ki, minimal şəraitə malik bağ evlərinin aylıq kirayəsi təqribən 1 000-1 500 manat civarındadır. Komfortlu bağ evlərinin, xüsusilə həyətində hovuzu olan evlərin aylıq kirayə qiyməti isə 3 000-3 500 manat civarında da olur.









