QMİ ÖZÜNÜ TARİF ŞURASI KİMİ APARIR – JURNALİSTDƏN AÇIQ TƏNQİD

QMİ ÖZÜNÜ TARİF ŞURASI KİMİ APARIR – JURNALİSTDƏN AÇIQ TƏNQİD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Bir çoxları adambaşına 10-15 manat fitrə çıxarılmasını orta statistik azərbaycanlının büdcəsinə uyğun olmadığını hesab edir.

Tribuna.az xəbər verir ki, jurnalist Həbibə Abdulla QMİ-nin fitrə məbləğinə görə qınayıb. O bildirib ki, fitrə pulunu da bahalaşdırıblar:

“Fitrə-zəkatın Tarif Şurası da QMİ-dir, birdən-birə elə bahalaşdırırlar ki, adam qalır naçar. Adambaşına 10-15 manat nədir? Məgər 3 kilo buğdanın dəyəri deyildimi fitrə-zəkat? Buğdanın kilosu nə vaxtdan bəri 3-5 manat olub bilməmişik?”.

Həkim Müşfiq Hüseynov da fitrə puluna etirazını bildirərək qeyd edib ki, müəyyən edilən miqdar doğru deyil:

“QMİ adambaşına 10-15 manat fitrə verməyi tövsiyyə edib. Mən ağlım kəsəndən nənəmdən eşitmişəm ki, fitrə adambaşına 1 kg buğdanın ( indi çörəyin) qiyməti qədər olmalıdır.İmkanın varsa lap çox elə. Ancaq 10-15 manat çoxdur.
Birinin qazancı aya 1 milyondur, o birinin cəmi 200 manat təqaüd.
İkisi də 10 manat versin? O necə olur?”.