Hər il Ramazan ayının sonunda Qafqaz Müsəlmanları İdarəsi fitrə-zəkatla bağlı tövsiyələrini açıqlayır, bu məsələnin tarixi-fəlsəfi tərəfləri qalsın bir qırağa, bu ayrı, daha böyük mövzudur, amma məhz rəqəmsal tərəfini incələyənda maraqlı bir məqam diqqət çəkir. Tribuna.az bildirir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuya dair rəqəmləri təqdim edib.

Sitat: “Son 10 ili götürsək 2013-cü ildə Qafqaz Müsəlmanları İdarəsi firtə pulunu ailədə adambaşı 3 manat tövsiyə edib, 2014-cü ildə də bu rəqəm dəyişməyib, 2015-dən manatın kəskin 3 devalvasiyası baş verdikdən sonra fitrə pulunun adambaşına 5-10 manat arası çıxarılması məsləhət olunub, 2021-2023-cü illər arası isə bu rəqəm 10-15 manat arası dəyişib.
Belə çıxır ki, Qafqaz Müsəlmanları İdarəsinin hesablamalarına görə son 10 ildə Azərbaycanda qiymətlər 3 dəfə artıb, çox böyük inflyasiya qeydə alınıb, amma rəsmi statistikaya və hökumətin rəsmi sənədlərinə görə son 10 ildə hər il ortalama inflyasiya 6% civarında olub.
İllər üzrə isə rəsmi inflyasiya rəqəmləri belədir: 2013-cü il – 2,4%, 2014-cü il – 1,4%, 2015-ci il – 4%, 2016-cı il – 12,4%, 2017-ci il – 12,9%, 2018-ci il – 2,3%, 2019 – 2,6%, 2020 – 2,8%, 2021 – 13,8%, 2022 – 13,9%.
Rəqəmlər də deyir ki, Qafqaz Müsəlmanları İdarəsi inflyasiyanı hökumətdən daha insaflı, Allahdan qorxaraq hesablayır…”









