Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Tribuna.az  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,07% azalaraq 4 154 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,51% azalaraq 60,99 dollar təşkil edib.