Qeyri-qanuni erməni dəstələri təxribata cəhd etdi

Qeyri-qanuni erməni dəstələri təxribata cəhd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Tribuna.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.