Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Türkiyədə baş verən zəlzələlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana məktub yazıaraq başsağlığı verib, həmrəyliklərini bildirdilər.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Brüsseldə keçirilən AB Liderlərin Zirvə toplantısı Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Liderlər prezident Ərdoğana ünvanlanmış məktubu dərc ediblər. Məktubda deyilir: “Xalqınız ürəkağrıdan bir sınaqdan keçir. Aİ liderləri zəlzələlərdə həyatını itirənlərə başsağlığı verir”.
Yaxınlarını itirənlərlə, yaxınlarından xəbər gözləyənlərlə birlikdə olduğunu bildirən AB liderləri yaralılara tezliklə şəfa diləyib və zamanla yarışan xilasetmə qruplarının əməyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Liderlər “Aİ və üzv ölkələr bu faciə qarşısında Türkiyə və Suriya xalqları ilə tam həmrəydir” deyib.
Zəlzələdən sonra yardımın tez bir zamanda çatdırılması üçün əllərindən gələni etdiklərini qeyd edən liderlər, İsveçin Aİ Komissiyası və AB-nin müddətli prezidenti olaraq beynəlxalq ictimaiyyətdən maliyyə dəstəyi toplamaq üçün mart ayında donorlar konfransı təşkil etmək təşəbbüsü ilə çıxış etdiyini xatırladıblar.
Tribuna.az









