Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin PUA-nın Moskvaya hücumu ilə bağlı mövqeyini “ən alçaq” adlandırıb.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, o, bunu Sputnik radiosunun efirində Aİ və ABŞ-ın pilotsuz təyyarənin hücumuna reaksiyası ilə bağlı sualı cavablandırarkən bildirib.
“Bu, əlbəttə ki, tamamilə alçaq mövqedir. Başqa söz və ya tərif yoxdur: onlar yalnız özlərinə faydalı olanı görür və şərh edirlər”, – Zaxarova bildirib.









