“Qazprom-Armenia” şirkəti Şimali Qafqaz-Transqafqaz qaz kəmərində planlaşdırılan təmir işləri ilə əlaqədar müvəqqəti dayandırıldığını elan edib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, “Mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işləri aparılacaq, bununla əlaqədar müəyyən edilmiş qaz kəməri ilə Ermənistana təbii qazın tədarükü dayandırılacaq”, – deyə şirkətin açıqlamasında bildirilir.
Qeyd edək ki, Qazprom Ermənistan QSC (Qazprom PJSC-nin 100% törəməsi) Ermənistanda qaz təchizatı və paylayıcı şəbəkənin operatorudur.









