QAZİNİN ÇƏNƏSİNİ SINDIRAN İDMANÇINI NEÇƏ İL HƏBS GÖZLƏYİR?

QAZİNİN ÇƏNƏSİNİ SINDIRAN İDMANÇINI NEÇƏ İL HƏBS GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vuraraq çənəsinin iki yerdən sinmasına səbəb olan idmançı Rəvan Nəbizadəni ümumilikdə 10 ilədək həbs cazası gözləyir.

Tribuna.az xəbər verir ki, hadisə nəticəsində Namiq Babayevin çənə sümüyü 2 yerdən sınıb, dişləri qırılıb və bu günlərdə əməliyyat olunub.

Qeyd edək ki, R.Nəbizadəyə törətdiyi əmələ görə, Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.
Cinayət Məcəlləsinin 127.2.3 maddəsinə görə Nəbizadə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 221-ci maddəsinə görə isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.