“QARPIZ, ÇİYƏLƏKDƏN UZAQ DURUN” – HƏKİMDƏN XƏBƏRDARLIQ

“QARPIZ, ÇİYƏLƏKDƏN UZAQ DURUN” – HƏKİMDƏN XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayın ən qızmar aylarında satışda görməyə adət etdiyimiz mövsüm meyvələri may gəlməmiş piştaxtaları bəzəyib.Yayın ən sevilən meyvəsi olan qarpız, alça, çiyələk artıq mart ayından satışdadır. Qiyməti yüksək olsa da, mövsüm gəlməmiş yetişən bu meyvələrin alıcısı da kifayət qədərdir. Tələbkarlar isə uşaqlardır.

Tribuna.az yazır ki, uşaqların sevimli meyvəsi olan çiyələk və alça may ayında hələ yeni-yeni yetişməyə başlayır. Mayın ortalarında satışı və yeyilməsi normaldır. Ancaq aprel ayından hər iki meyvəni market və bazarlarda görmək mümkündür.
Qarpız isə iyul və avqust aylarında yetişməsinə baxmayaraq ötən aydan satışa çıxarılıb. Satıcılar bildirir ki, bu meyvələr əsasən İrandan gətirilir. İranın hazırda +30 dərəcə temperatur olan şəhərlərində aprel ayında qarpız, çiyələk yetişməsi normaldır. Çiyələyin isə Cəlilabadan gətirildiyi deyilir.

Həkimlər isə hesab edir ki, bu meyvələrin qəbulu yolverilməzdir. Çünki xeyirindən çox ziyanı var. Pediatr Elnurə Qurbanova bildirib ki, son günlər allergiya problemi ilə müraciət edən uşaqların sayı artıb:

“Dəfələrlə demişik, çiyələk, qarpız məsləhət deyil. Allergiya yaradır. Uşaqlarda bədəndə, üzrə, əllərdə şişkinlik yaranır. Bu meyvələr dərmanlar, kimyəçi vasitələrlə yetişdirilir, rənglənir. Əvvəl iyun ayında qarpız satışa çıxarılanda belə dyirdik ki, çox tezdir yeməyin. Bu il artıq aprekdən satışa çıxarılıb və alan da var. Hətta xaricdən gəlsə belə onun hansı formada yetişdirildiyini bilmirik. Yaxşı olar ki, bu meyvələrdən az istifadə edin. Uşaqlara isə ümumiyyətlə məsləhət görülmür”.