Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.
37-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.
Sona iki tur qalmış çempionluğu təmin edən “Qalatasaray” doğma divarlar arasında əzəli rəqibi “Fənərbaxça”nı 3:0 hesabı ilə məğlub edib. Qollardan ikisini Nikolo Zanyolo, birini isə Mauro İkardi vurub.









