Qacar: “İran Xəzər Konvensiyasını qəbul etməyə tələsməməlidir”

Qacar: “İran Xəzər Konvensiyasını qəbul etməyə tələsməməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsi və həyata keçirilməsinin ciddi tərəfdarlarındandır, lakin İran onu təsdiqləməyənə qədər bu Konvensiya qüvvəyə minməyəcək”.

Tribuna.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə ekspert Məhəmmədəli Bəhməni Qacar deyib.

O, İranın “50 faizlik pay” iddiasının təkrarlanmasını təhlükəli hesab edərək bildirib: “Bu iddianı gerçəkləşdirmək üçün heç bir mexanizm olmadan təkcə onu irəli sürmək fəaliyyətsizliyə və yekunda İranın milli hüquqlarının itirilməsinə gətirib çıxara bilər”.

Qacar,  2001-ci ildə “Əlborz” neft yatağında baş verən hadisəyə toxunaraq iddia edib ki, “İran həmin vaxt qətiyyətlə Azərbaycanın addımlarının qarşısını aldı, ancaq fikir ayrılıqlarını qeyri-müəyyən gələcək üçün saxlamamalı, əksinə İran üçün müəyyən və əlçatan hüquqların müəyyənləşdirilməsinə çalışmalıdır”.

Beynəlxalq hüquq üzrə ekspert xəbərdarlıq edib ki, Konvensiyanın 1-ci maddəsində İran sahillərinin əlverişsiz vəziyyəti ilə bağlı nəzərdə tutulan müddəa icra olunmazsa, İranın daxili suların müəyyən edilməsindəki mövqeyi ciddi şəkildə zəifləyə bilər.

O vurğulayıb ki, konvensiya təsdiqlənməzdən əvvəl İranın çıxış xəttinin  vəziyyəti açıq və dəqiq şəkildə müəyyən olunmalı və zəmanət altına alınmalıdır.

Fərda Uğur