PUTİNİN XALQA MÜRACİƏTİ BAŞLAYIB – “Davam edəcəyik” deyir

PUTİNİN XALQA MÜRACİƏTİ BAŞLAYIB – “Davam edəcəyik” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin Federal Məclisə müraciəti başlayıb.

Tribuna.az xəbər verir ki, Rusiya başçısı Ukraynadakı müharibəni nəzərə alaraq, çıxışına “səliqəli, addım-adım davam edəcəyik” deyərək, başlayıb.

Putinin çıxışının əvvəli növbəti dəfə Qərbə ünvanlanan ittihamlardan ibarət olub. O, Ukrayna ilə bağlı müharibəyə qədər aparılan danışıqlarda Qərbin Rusiyanı aldatdığını bildirərək, onları “vicdansız” adlandırıb və iddia edib ki, Rusiya ötən ilin fevralında savaşa başlamasaydı, Ukrayna Donbasa, hətta Krıma hücum edəcəkdi.

Putin bir daha bildirib ki, müharibəni Rusiya yox, Ukrayna və Qərb başlayıb. Rusiya isə guya bu müharibəni güc tətbiq edərək, dayandırmağa çalışır.