Rusiyada müharibə səbəbindən avtomobillərin ehtiyat hissələri fantastik bahalaşıb. Tribuna.az-a məlumat verən soydaşlarımızdan biri deyir ki, sanksiyalar öz təsirini göstərir və qiymətlər qalxıb. Misal üçün əvvəl avtomobilin bir detalı 50 manat idisə, indi həm tapılması müşküldür, həm də tapılanda hədsiz baha olur, yəni 500 manata… Bu dərəcədə qiymət artımı olduğunu deyən azərbaycanlı bildirir ki, Rusiyada sanksiyalar səbəbindən avto ehtiyat hissələri əldə etmək mümkün deyil. Şirkətlər gedib, logistika uzanıb, nəticədə bazar bahalaşıb.
Tribuna.az









