PUTİN SIĞINACAĞIN PLANLARINI AÇIQLADI – TƏHLÜKƏ YAXINLAŞIR – FOTO

PUTİN SIĞINACAĞIN PLANLARINI AÇIQLADI – TƏHLÜKƏ YAXINLAŞIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin üzərində pilotsuz uçuş aparatının partlaması və Moskvanın sui-qəsd cəhdindən sonra Rusiya prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki bunkeri yenidən gündəmə gəlib.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, dəmir-beton tunelləri, enerji və su infrastrukturu ilə həftələrlə yaşaya biləcək bunkerin planları ABŞ mediasında dərc olunub.

Yüzlərlə metr tunellər, beton bunkerlər, enerji və su infrastrukturu həftələrlə yaşamağa imkan verir.

Ukraynanın işğalı ilə bütün dünyanı üz-üzə qoyan və tez-tez nüvə müharibəsi təhlükəsi yaradan Rusiya prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki bunkeri yenidən gündəmdədir.

Krasnodar vilayətindəki Gelendjik sarayının altında yerləşən bunkerin təfərrüatları ABŞ mətbuatında dərc olunub. Bildirilir ki, Putinin dəbdəbəli iqamətgahında kilsə, buz meydançası və helikopter meydançası var və lüks iqamətgahın altında yerləşən gizli liftlə Qara dəniz sahilinə enmək mümkündür.

Mütəxəssislərin fikrincə, çox qalın betondan hazırlanmış dəmir tunellər, təmiz su, və hava var. Sığınacaqda gizlənən insanlar günlərlə, hətta aylarla sağ qala bilirlər.

Kompleksin fotolarını müxalifət lideri Aleksey Navalninin tərəfdarları da havadan çəkiblər. Bildirilir ki, Putinin sarayı və onun altındakı bunkerin ümumi dəyəri milyardlarla dollara çatır.

Bu yaxınlarda Kreml səmasında pilotsuz uçan aparatın partladılmasından sonra Moskva administrasiyası Ukraynanı Putinə sui-qəsd cəhdində ittiham edib.