Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın Dnepr şəhərinə Rusiyanın təşkil etdiyi raket hücumunda xəstəxanaya ciddi ziyan dəyib.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada hücumda ən azı bir nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib.
Zelenski hücumu bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirərkən, Ukrayna Müdafiə Nazirliyi bu hücumu müharibədə əsgərlərə və mülki şəxslərə qarşı necə rəftar edilməsini müəyyən edən Cenevrə Konvensiyalarına əsasən ağır hərbi cinayət kimi qiymətləndirib. Rusiya isə öz əsgərlərinin Ukraynada hərbi cinayətlər törətməsi ilə bağlı ittihamları dəfələrlə rədd edib.












