PUTİN BU GÜN SOÇİDƏ PAŞİNYANLA GÖRÜŞƏCƏK – PESKOV

PUTİN BU GÜN SOÇİDƏ PAŞİNYANLA GÖRÜŞƏCƏK – PESKOV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclaslarında iştirak edən xarici nümayəndə heyətlərinin rəhbərləri ilə ümumi görüşü də nəzərdə tutulub.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, cümə günü Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirəcək.

Peskovun sözlərinə görə, Putin Siriusa gedəcək, orada MDB və Aİİ-nin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 6-dan 9-dək Soçidə işgüzar səfərdədir. Bir gün əvvəl o, Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib.