Puerto-Riko 20 ildən sonra yenidən “Kainat gözəli” titulunu qazandı – FOTOLAR

Puerto-Riko 20 ildən sonra yenidən “Kainat gözəli” titulunu qazandı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Puerto-Rikodan olan 27 yaşlı Cennifer Barreto “Kainat gözəli” (Miss Universe) beynəlxalq müsabiqəsinin qalibi seçilib.

“Business Insider”in məlumatına görə, müsabiqədə 116 ölkə və ərazini təmsil edən iştirakçılar mübarizə aparıblar. Finalda Puerto-Riko təmsilçisi əsas mükafata layiq görülüb.

Qalibə tacı ötən ilin “Kainat gözəli” Fatima Boş təqdim edib. Müsabiqədə Dominikan Respublikası və Venesuela təmsilçiləri də yüksək nəticə göstəriblər.

Puerto-Rikonun bu qələbəsi ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, ölkə 20 illik fasilədən sonra yenidən bu nüfuzlu gözəllik müsabiqəsinin qalibi olub.

Beləliklə, Cennifer Barreto ölkəsinin beynəlxalq gözəllik yarışlarındakı uğurlu ənənəsini davam etdirib.