İlham Əliyev: Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb

İlham Əliyev: Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb”.

Tribuna.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Prezident İlham Əliyev münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını qeyd edib.