Ukrayna müharibənin 1736-cı günü üçün Rusiya ordusunun canlı qüvvə və hərbi texnika itkilərinə dair məlumatları yeniləyib. Açıqlanan rəqəmlərə görə, Rusiyanın müharibə başlayandan bəri verdiyi canlı qüvvə itkiləri 1 milyon 643 min nəfəri ötüb.
Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, 25 noyabr tarixinə olan məlumata əsasən, Rusiya ordusu ümumilikdə 12 507 tank, 25 974 zirehli döyüş maşını, 52 801 artilleriya sistemi və 2 301 reaktiv yaylım atəş sistemi itirib.
Bundan başqa, 1 769 hava hücumundan müdafiə sistemi, 452 hərbi təyyarə və 356 helikopterin sıradan çıxarıldığı bildirilir. Ukrayna tərəfinin hesablamalarına görə, Rusiya ordusunun itirdiyi PUA-ların sayı 620 013-ə, qanadlı raketlərin sayı isə 5 278-ə çatıb.
Məlumatda 3 220 yerüstü robot-texnika kompleksi, 179 599 avtomobil və yanacaqdaşıyan texnika, eləcə də 4 937 xüsusi təyinatlı avadanlığın itirildiyi qeyd olunur. Rusiya donanmasının itkiləri isə 36 gəmi və kater, 2 sualtı qayıq kimi göstərilir.
Ukrayna Baş Qərargahının məlumatına əsasən, təkcə son sutka ərzində Rusiya ordusunun 2 091 hərbçisi, 14 tankı, 22 zirehli döyüş maşını, 15 artilleriya sistemi və 597 PUA-sı itirilib.
Qeyd edək ki, açıqlanan rəqəmlər Ukrayna tərəfinin hesablamalarıdır və müstəqil şəkildə təsdiqlənmiş yekun itki statistikası kimi qəbul edilməməlidir.









