“Bravo” müştəriləri aldadır? – Bir həftədə iki protokol yazıldı

“Bravo” müştəriləri aldadır? – Bir həftədə iki protokol yazıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bravo” supermarketlər şəbəkəsinin hüquqi sahibi olan “Azərbaycan Supermarket” MMC barəsində iki inzibati protokol tərtib edilib.

Tribuna.az xəbər verir ki, oktyabrın 1-də və 7-də supermarketdə qida məhsullarının üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən edilib.

Hər iki fakt üzrə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (istehlakçıların az miqdarda aldadılması) maddəsi tətbiq edilib.

Qanunvericiliyə əsasən, bu pozuntuya görə şirkətin hər bir fakt üzrə 4 000–6 000 manat cərimələnməsi nəzərdə tutulur. İstehlakçı

Beləliklə, “Bravo”nu hər iki fakt üzrə ümumilikdə 12 min manatadək cərimə gözləyə bilər.

Şirkətə tətbiq edilən yekun cərimə məbləği açıqlanmayıb.
Qeyd edək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci il fevralın 27-də dövlət qeydiyyatına alınıb. Şirkət “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğuldur. Son açıqlanmış məlumatlara əsasən, şirkətin nizamnamə kapitalı 2 min manat təşkil edir.

Fərda Uğur