İmamoğlunun diplomunun ləğvi ilə bağlı şikayəti rədd edildi

İmamoğlunun diplomunun ləğvi ilə bağlı şikayəti rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Dövlət Şurası (Danıştay) İstanbulun keçmiş bələdiyyə sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Ekrem İmamoğlunun ali təhsil diplomunun ləğvi ilə bağlı qərardan verilən şikayəti rədd edib.

Tribuna.az  xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Danıştayın 8-ci palatası İmamoğlunun vəkillərinin apellyasiya instansiyasının qərarından verdiyi kassasiya şikayətini təmin etməyib. Bununla da İstanbul Universitetinin siyasətçinin diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə qalıb.

Qeyd edək ki, İstanbul Universiteti Ekrem İmamoğlunun 1990-cı ildə Şimali Kiprdə yerləşən Girne Amerika Universitetindən köçürülməsi zamanı qanun pozuntularına yol verildiyini əsas gətirərək onun diplomunu ləğv etmişdi.

Universitetin mövqeyinə görə, həmin dövrdə Girne Amerika Universiteti Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınmayıb və tələbənin köçürülməsi zamanı müəyyən edilmiş qaydalar pozulub.

İmran Kərimli