PSJ braziliyalı ulduzla yeni müqavilə bağladı

PSJ braziliyalı ulduzla yeni müqavilə bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
PSJ Markinyosla yeni müqavilə imzalayıb.

Tribuna.az-ın məlumatına görə, 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Bu barədə klubun rəsmi saytında bildirilib.

2012/13 mövsümündə Sao Paulo gənclər akademiyasından “Roma”ya transfer olan Markinyos eyni mövsümün sonunda, 19 yaşında Paris təmsilçisinin heyətinə qoşulub.
Braziliyalı futbolçu PSJ formasında 7 ölkə çempionluğu yaşayıb, 8 dəfə Fransa Superkubokunun, 6 dəfə Fransa Kuboku və eyni sayda Fransa Liqa Kubokunun qalibi olub.