İki gün öncə Dənizkənarı Bulvarda əvvəlcə azyaşlı körpəsini, daha sonra isə özünü dənizə atan ana ruhi-əsəb xəstəxanasına yerləşdirilib. Qadının psixi durumunun yaxşı olmadığı bildirilir.
Mövzunu Tribuna.az-a şərh edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu cür psixoloji problemi olan insanları evləndirmək düzgün deyil:
“Belə problemi olan ana ilə böyüyən uşaqlar daim təhlükə altındadır. Kim nəzarət edəcək, kim daimi nəzarətdə saxlayacaq bu ailələri?Axı psixi problemi olanları niyə evləndirib, ərə verirsiniz? Desinlər ki, filankəs ərə getdi, evləndi? Axı dünyaya gələn uşaqlar da genetika daşıyıcısıdır. O qadınlar da yazıqdır, doğulan körpələr də…
Körpəsi ilə birgə intihara cəhd edən qadının uşağı atasına verilib, amma ailə araşdırılacaq”.









