Priqojindən inanılmaz bəyanat: “Vaqner” tezliklə fəaliyyətini dayandıracaq (VİDEO)

Priqojindən inanılmaz bəyanat: “Vaqner” tezliklə fəaliyyətini dayandıracaq (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vaqner”in qurucusu Yevgeni Priqojin qəfildən elan edib ki, onun muzdluları tezliklə bir təşkilat kimi fəaliyyətlərini dayandıracaqlar.
Qaynarinfo bu barədə “Unian”a istinadla xəbər verir.
Rusiya lideri Vladimir Putinin keçmiş aşpazı işğalçıların üzləşdiyi Ukrayna müharibəsində mərmi qıtlığını şərh edərkən silahlıları üçün “kədərli” proqnoz verib.
“Biz belə qənaətə gəlirik ki, “Vaqner” bitmək üzrədir və qısa müddət ərzində fəaliyyətini dayandıracaq. Biz tarixə qovuşacağıq, ancaq eybi yoxdur, olur belə şeylər”, deyə o bildirib.
Xatırladaq ki, “Vaqner” Özəl Hərbi Şirkətiinin muzdluları bir neçə aydır Baxmut bölgəsində (Donetsk vilayəti) şəhərə tam nəzarəti ələ keçirmək cəhd edirlər. Muzdlular orada bir çox elit bölmələrini itirib və prezidentin keçmiş müşaviri Aleksey Aretoviçin dediyinə görə, Baxmut yaxınlığında əslində öz “onurğalarını” məhv ediblər.
Müvafiq uğursuzluqlar fonunda təşkilatın yaradıcısı Yevgeni Priqojin öz yaraqlılarına daha sərt əmrlər verməyə başlayıb. Məsələn, “əsir götürməyin”. Amma o, həm də Rusiya Federasiyasının Ukraynadakı müharibənin məğlubiyyətindən necə “sağ çıxacağına” dair plan fikirləşib.