Premyer Liqa: “Turan Tovuz” “Şamaxı” ilə heç-heçə etdi

Premyer Liqa: “Turan Tovuz” “Şamaxı” ilə heç-heçə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının XX turunun növbəti oyunu “Şamaxı” və “Turan Tovuz” komandaları arasında keçirilib.

Tribuna.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb – 0:0.

Görüşün baş hakimi Tural Qurbanov olub.

Bu nəticədən sonra 4-cü sırada qərarlaşan Tovuz təmsilçisi xallarının sayını 34-ə çatdırıb. Şamaxı komandası 24 xalla səkkizincidir.

Qeyd edək ki, turunun son oyununda “Qəbələ” turnir cədvəlinin lideri “Sabah”ı qəbul edəcək. Matçın start fiti saat 17:00-da səslənəcək.

Sənan Məmmədli