Polisdən avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadınla bağlı AÇIQLAMA (VİDEO)

Polisdən avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadınla bağlı AÇIQLAMA (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nəsimi rayonunda qadın avtomobil yolunda qeyri-adekvat hərəkətlər edib.

Daxili İşlər Nazirliyindən  Tribuna.az-a verilən məlumata görə, həmin qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.