“Lökbatan dairəsi” adlanan ərazidə piyada keçidini bağlayıblar.
Tribuna.az yazır ki, piyada yolağının düz qarşısına beton maneə yerləşdirilib. Sakinlərin verdiyi məlumata görə, yolun qarşı tərəfinə keçmək istəyən piyadalar beton lövhələrin üzərindən atlayaraq keçməyə məcbur qalır. Sözügedən yol işlək və avtomobillərin intensiv hərəkət etdiyi yoldur, həmin yolda isə başqa piyada keçidi, zolağı yoxdur.
Sakinlər problemin aradan qaldırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət ediblər.










