PİVƏ İÇMƏK BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR…

PİVƏ İÇMƏK BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızmar yay günlərində sərinləmək üçün bir çoxları pivə içməyə üstünlük verir. Bu içkininhər hansısa xəstəliyə səbəb olub-olmadığı məlum deyil. Ancaq həddən artıq pivə qəbulu ölümcül xəstəliklər yaradır.

Tribuna.az zəbər verir ki, aparılan araşdırmalara görə, pivə infarkt riskini artırır.

Həkim narkoloq Sergey Çarev hər gün pivə içməyin 3 zərərini açıqlayıb.

“Mütəmadi və çox pivə qəbulu qaraciyərin piylənməsi, sirroz, ürəyin böyüməsi və infarkta səbəb olur. Eləcə də pivə sevənlər artıq çəki və piylənmədən əziyyət çəkir.

Getdikcə təzyiq problemi olur və ürəyin işemik xəstəliyi inkişaf edir. Həmçinin geniş yayılmış “pivə ürəyi” sindromu yaranır, ürək öz ölçüsündəm böyüyür”, – deyə o bildirib.

Həkimin sözlərinə görə bu pivənin verdiyi fəsadların hamısı deyil:

“Pivə zərərli asılılıq kimi psixikaya da təsir edir, insanda daim təşviş, depressiya olur, yuxusu pozulur. Əgər kişi gündə 500 ml-dən artıq pivə içirsə, onun hormonal fonu kəskin pozulur. Libido düşür, süd vəziləri şişir, qadın forması alır. Əl-ayaq, üzdə şişkinlik olur, damarları çıxır”.