Rusiya prezidenti Vladimir Putin qeyd etmişdi ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Tribuna.az-ın xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl müqaviləsinin iki ay uzadılacağını təsdiqləyib.
Peskov jurnalistlərə deyib: “Rusiya tərəfinin Qara dəniz razılaşmasını iki ay müddətinə davam etdirmək qərarına gəldiyini təsdiqləyə bilərik. Türkiyə, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda nisbi nəticə var”.
Qeyd edək ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.









