PESKOV: “TAXIL MÜQAVİLƏSİ ÜZRƏ TƏMASLAR DAVAM EDİR”

PESKOV: “TAXIL MÜQAVİLƏSİ ÜZRƏ TƏMASLAR DAVAM EDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya dövlət başçısının mətbuat katibi “Qara dəniz təşəbbüsü” ətrafında yaranmış vəziyyəti şərh edib.

Tribuna.az-ın xəbərinə görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, taxıl müqaviləsi üzrə təmaslar davam edir, bir çox açıq suallar qalır.

“Razılaşmanın bizim tərəfimizə aid olan çox sayda sualları var. İndi qərar verilməlidir”, – Peskov taxıl müqaviləsinin perspektivləri və Qərbin ammonyak məsələsində irəliləyib-irəliləməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyasına İstanbulda birgə koordinasiya mərkəzi cavabdehdir.