Zelenskinin müşaviri ittihamları rədd etsə də, Ukrayna hərbi kəşfiyyatının Malidəki Vaqnerin döyüşçülərini hədəfə aldığı da iddia edilirdi.
Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, Pentaqonun sızdırılan sənədlərində Ukraynanın Rusiyanın paytaxtı Moskvaya planlaşdırdığı hücumun ABŞ tərəfindən qarşısı alındığı ortaya çıxıb.
Sənədləri araşdıran ABŞ-ın aparıcı qəzetlərindən biri olan “Washington Post”un xəbərinə görə, Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirilo Budanovun 24 fevral tarixində Rusiyaya qarşı geniş hücumlar əmri verdiyi iddia edilib.
Buna uyğun olaraq, Vaşinqton rəsmiləri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində ölkənin hərbi kəşfiyyat xidmətində rəsmilərlə görüşüb və hücumların qarşısını alıblar.
Xəbərdə ABŞ adından danışıqları kimin apardığı və ya Ukraynanın əməliyyatların dayandırılması tələbini niyə qəbul etdiyi barədə məlumat paylaşılmayıb.
Sənədlərdə Rusiyanın Krasnodar diyarının Qara dəniz sahilində yerləşən Novorossisk liman şəhərinə dinamitlə hücum etməyi planlaşdırdığı da bildirilirdi.
Fevralın 28-də Moskva səmasında pilotsuz təyyarələrin görünməsindən sonra Rusiya prezidenti Vladimir Putin sərhəd nəzarəti və hava məkanında yoxlamaların artırılması barədə göstəriş verib.
Pilotsuz təyyarələrdən biri Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavoduna hücum edib. Kreml hücuma görə Ukraynanı günahlandırsa da, Kiyev administrasiyası bu iddiaları təkzib edib









