PELKAS ÜÇÜN TRANSFER AÇIQLAMASI: TÜRKİYƏYƏ GERİ QAYIDIR?

PELKAS ÜÇÜN TRANSFER AÇIQLAMASI: TÜRKİYƏYƏ GERİ QAYIDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbaxça”dan icarə əsasında “Hall Siti”yə transfer olunan Dimitrios Pelkasın gələcəyi ilə bağlı İngiltərə klubunun baş məşqçisi Liam Rosenior açıqlama verib.

Tribuna.az xəbər verir ki, BBC Radiosuna danışan Rosenior mövsümün bitməsinə iki oyun qalmasına baxmayaraq, Pelkasın vəziyyəti ilə bağlı dəqiq açıqlama verməyib: “Qərar verməmişəm. Bunlar mövsümün sonuna doğru verəcəyimiz qərarlardır. Bizim çoxlu planlarımız var. Hazırda biz vitse-prezident Tan Kesler və klubun idman direktoru Lee Darnbrou ilə transferlərimiz və verəcəyimiz qərarlar baxımından planlarımız üzərində işləyirik.”

Qeyd edək ki, Dimitrios Pelkasın “Fənərbağça” ilə 2023-cü ildə başa çatacaq müqaviləsinin 1 il müddətinə uzadılması variantı var.

Nihat

Tribuna.az