Pediatrdan TƏBİB-in yeni sədrinə: “Buna imkan verməyin”

Pediatrdan TƏBİB-in yeni sədrinə: “Buna imkan verməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in yeni rəhbərliyindən bir xahişim olacaq: Gənc həkimlərin ölkədən didərgin düşməsinə imkan verməyin.

Tribuna.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, belə davam etsə, həkim çatışmazlığı probleminin həlli çətin olacaq:

“Nə Səhiyyə Nazirliyində, nə də TƏBİB-də heç kimi tanımıram. Yəni kimisə tərifləmək, ya da tənqid etmək fikrim yoxdur. Amma bəzi fikirlərimi qısaca yazmaq istədim.

İllər öncə İTS tətbiqinin anonsları veriləndə sevinmişdim. Fikirləşirdim ki:

1. Peşəkar həkimlər əhali üçün əlçatan olacaq

2.Tibbi xidmət əsasən pulsuz olacaq

3.Həkimlərin üzqarası rüşvət söhbəti aradan qalxacaq

4.Əhalinin və həkimlərin canı sovetdənqalma bazarkom təfəkkürlü qlavvraçlardan qurtaracaq
və s.

Oldumu? İnsafla deyək, gözləntilər tam doğrulmasa da, İTS tətbiqindən sonra tibbi xidmətdə müsbət irəliləyişlər oldu. Bütün dünyada İTS tətbiqinin ilk illərində çətinliklər olur, bizdə də oldu. Təbii qəbul edək.

Ölkədə elə bir ailə yoxdur ki, tibbi xidmətdən istifadə etməsin. Ona görə bu sahənin bütün müsbət və mənfiləri həmişə üzdə olur.

Dünənki kadr dəyişikliyindən sonra yenə qızğın müzakirələr başlayıb. TƏBİB bütün fikirlərə hörmətlə yanaşıb neqativləri aradan götürsə, yaxşı olar.

Əhalini ən çox narahat edən kilinikalardakı sıxlıqdı. Sıxlıqdan həm əhali, həm də həkimlər əziyyət çəkir. Fikrimcə, bu məsələni tənzimləmək olar!

TƏBİB-in yeni rəhbərliyindən bir xahişim olacaq: Gənc həkimlərin ölkədən didərgin düşməsinə imkan verməyin. Yoxsa, həkim çatışmazlığı məsələsinin həlli müşkül görünür. Bir süjetdə gördüm ki, cənub bölgəsində 300 həkim çatışmır. Bu. cox ciddi məsələdir”.

Gülşən Rəsul