Paytaxtın mərkəzində sürətin 30 km/saat müəyyən edilməsini zarafat hesab edə bilərik – Ekspert

Paytaxtın mərkəzində sürətin 30 km/saat müəyyən edilməsini zarafat hesab edə bilərik – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Paytaxtın mərkəzində xeyli küçədə maksimal hərəkət sürətinin 30 km/saat müəyyən edilməsi əslində heç nəyi dəyişməyəcək”.
Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bu, 2021-ci ildən dünyada geniş müzakirə edilən və bəzi ölkələrdə tətbiq edilən bir təhlükəsizlik tədbirinə qoşulmaqdır:
“Hamımız gözəl bilirik ki, siyahıdakı küçələrdə nəqliyyatın real faktiki sürəti hətta 20 km/saat-dan da aşağıdır. Bunu nəzərə alaraq son dəyişikliyi zarafat da hesab edə bilərik: Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün”.
Ekspert hesab edir ki, bu dəyişikliyin sadəcə bir effekti ola bilər:
“Sürücülərimizə yüksək sürətin təhlükəli olduğunu xatırlatmaq, vəssalam”.