“Patron” tumlarından görün nə çıxdı – Foto

“Patron” tumlarından görün nə çıxdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Patron” tumunun içindən siqaret kötüyü çıxıb.

Tribuna.az xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsində Cəfər Kazımov yazıb. O bildirib ki, qablaşdırılmış tumun içində siqaret kötüyü olub:

“”Patron” tumu aldım, içindən siqaret kötüyü çıxdı.
Ümumiyyətlə “Patron” tumundan siqaret qoxusu gəldiyini dəfələrlə hiss etmişəm, amma bu siqaret kötüyünün çıxmağı lap dəli elədi məni.

Bu da şirkətin bizə satdığı tum.

Belə çıxır ki, “Patron” şirkəti müştəri məmnuniyyətini nəzərə almır, çünki bu halın dəfələrlə yaşanması bunun sübutdur”.

Xatırladaq ki, “Patron” tumları “Vəkiloğlu” MMC-yə məxsusdur. “Patron” 2010-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərir.


“Patron” tumlarının sahibi Məmmədov Rəşad Vəkil oğludur.

Şikayətlə bağlı sözügedən şirkətə sorğu ünvanlamışıq.
Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul