PAŞİNYANIN PARTİYASINDAN TƏCİLİ SÜLH AÇIQLAMASI: VAŞİNQTONDA NƏTİCƏ GÖZLƏYİRİK …

PAŞİNYANIN PARTİYASINDAN TƏCİLİ SÜLH AÇIQLAMASI: VAŞİNQTONDA NƏTİCƏ GÖZLƏYİRİK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Vaşinqtonda Azərbaycanla davam edən danışıqlardan maksimum nəticə gözləyir.

Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikası Milli Assambleyasının “Mülki müqavilə” fraksiyasından olan deputatı Arman Yeqoyan jurnalistlərlə keçirdiyi brifinqdə Vaşinqtonda davam edən danışıqlara istinadən deyib.

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Vaşinqtonda davam edən danışıqlardan danışan Eqoyan bildirib ki, erməni tərəfi bu danışıqlardan maksimum nəticə gözləyir.

“Danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin bütün spektrini, bütün həll olunmamış məsələləri əhatə edir. Və təbii ki, bütün bu məsələlərdə razılığa gəlmək üçün hər şey ediləcək”, – deyən Yeqoyan hər iki tərəfin özləri üçün faydalı olan həll yollarına nail olmağa çalışdığını qeyd edib.

Dağlıq Qarabağ məsələsində erməni tərəfinin səylərinə toxunan deputat deyib: “İndi biz hər şeyi edirik ki, Bakı-Xankəndi dialoqu baş tutsun, yəni Xankəndi danışıqların predmeti olsun”.

Eqoyan onu da əlavə edib ki, Azərbaycan və Ermənistanın mütəmadi olaraq bir-birinə öz təkliflərini verərək ötürdükləri sənəd “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə” adlanır. Eqoyan bu sənədin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

Sülh müqaviləsi əvəzinə bu adın seçilib-seçilməməsi ilə bağlı suala Eqoyan belə cavab verib: “Elə danışıq dili var ki, orada insanlar müəyyən hadisələri ifadə edirlər. Və hüquqi sənədlərdə hüquqi ifadələri qəbul edən bir hüquqi dil var. Və çox vaxt bu dillər fərqlidir.