PAŞİNYAN ZODDAKI GƏRGİNLİYƏ GÖRƏ BRÜSSEL GÖRÜŞÜNÜ TƏXİRƏ SALIR? – SÜLH SAZİŞİNDƏN İMTİNA EDİR?

PAŞİNYAN ZODDAKI GƏRGİNLİYƏ GÖRƏ BRÜSSEL GÖRÜŞÜNÜ TƏXİRƏ SALIR? – SÜLH SAZİŞİNDƏN İMTİNA EDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanmasını çətin hesab edir.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, aş nazir Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil. O, bunu hökumətin iclasında səhər saatlarında Zodda baş verən gərginlik zamanı bildirib.

Bununla yanaşı, o hesab edir ki, bazar günü, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı azdır, çünki sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Azərbaycan bugünkü hərəkətləri ilə Praqa və Soçidə qeydə alınan, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı fundamental razılaşmaları şübhə altına alır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında bundan əvvəl Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib. Paşinyanla Əliyev arasında növbəti görüş Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək.