Partiya sədrindən ETİRAZ: “Regionların inkişafı hanı?”

Partiya sədrindən ETİRAZ: “Regionların inkişafı hanı?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli Azərbaycanda mikro sahibkarlıq subyektləri ilə bağlı açıqlanan rəsmi statistikaya münasibət bildirib.

Tribuna.az xəbər verir ki, Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərin ölkə iqtisadiyyatındakı problemləri, daxili miqrasiyanı, regionlar arasında yaranmış disbalansı və Bakıda müşahidə olunan tıxacları əks etdirdiyini bildirib.

O qeyd edib ki, 2026-cı il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda mikro sahibkarlıq subyektlərinin sayı 199 min 604-ə çatıb və onlar ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7 faizini təşkil edir.

Bu subyektlərin 139 min 41-i, yəni təxminən 70 faizi Bakıda fəaliyyət göstərir.

N. Cəfərli bu rəqəmlərlə bağlı İqtisadiyyat Nazirliyinə bir sıra suallar ünvanlayıb. O, kommersiya təşkilatlarının 92,7 faizini təşkil edən mikro sahibkarlıq subyektlərinin dövlət büdcəsinin gəlirlərində və ümumi daxili məhsulun (ÜDM) formalaşmasında payının nə qədər olduğunu soruşub.
İqtisadçı həmçinin mikro sahibkarlıq subyektlərinin təxminən 70 faizinin Bakıda cəmləşməsinin regionların inkişafı ilə bağlı dövlət proqramlarının effektivliyi barədə suallar yaratdığını vurğulayıb.

Gülşən Rəsul